Düzgünlük (düzlük, düz danışmaq) ən yaxşı siyasətdir.

* Honesty is the best policy. Честность - лучшая политика.
düzəlməyən işi düzəltmək
düzlərdə qalmaq
OBASTAN VİKİ
Ən yaxşı təklif
Ən yaxşı təklif (it. La migliore offerta, ing. The Best Offer) — 2013-cü il İtaliya istehsalı olan psixoloji triller filmi. Cüzeppe Tornatorenin rejissorluğu və ssenarisi ilə çəkilib. Filmin musiqisi Ennio Morrikone tərəfindən bəstələnib. Film incəsənət üzrə mütəxəssis Vircil Oldman haqqındadır. Film məşhur xərrac evinin yaşlı, zəngin və hörmətli, həm də soyuq təbiətli müdiri Vircil Oldmanın həyatında baş verən hadisələrdən bəhs edir. Oldman sirli gənc varis Klar İbbetson tərəfindən valideynlərindən miras qalmış geniş antik sənət kolleksiyasını açıq xərracda satmaq üçün işə alınır. Klar hər dəfə şəxsən görüşməyi rədd edir, şiddətli aqrofobiadan əziyyət çəkir və otağından heç vaxt çıxmır. Klar OKB-dən əziyyət çəksə də, axırda Oldmana inanmağa qərar verir.
"Ən yaxşı müəllim" müsabiqəsi
Avropanın ən yaxşı qapıçısı
Avropanın ən yaxşı qapıçısı mükafatı 1990-cı ildən bəri hər il UEFA dərgisindəki səsvermələrə görə Avropanın ən gözə çarpan qapıçısına verilən mükafatdır. 2009-cu ildə ESM (Avropa İdman Mediası) mükafatın təqdimatçısı oldu.
Ən yaxşı çəkilmiş planlar
Ən yaxşı çəkilmiş planlar (ing. The Best Laid Plans) — Sidni Şeldonun 1997-ci ildə yazdığı romandır.
Yaxşı
Yaxşı — müsbət xüsusiyyətlərə və ya keyfiyyətlərə malik olan; öz keyfiyyəti ilə verilən tələbləri təmin edən, lazımi qaydada olan, bəyənilən. Və yaxud da razılıq əlaməti olaraq verilən cavab.
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi
Azərbaycanda ilin ən yaxşı futbolçusu
Azərbaycanda ilin futbolçusu — Azərbaycan futbolunda ilin ən yaxşı futbolçusuna verilən mükafat.
İlin ən yaxşı fransız futbolçusu
İlin ən yaxşı fransız futbolçusu mükafatı 1959-cu ildən bəri hər il fransız idman dərgisi sayılan "France Football" tərəfindən elan olunur. Əslində mükafatın sahibi yalnız Fransada oynayan fransız futbolçular arasından seçilirdi. Amma 1996-cı ildən başlayaraq buraya ölkə xaricində oynayan fransız futbolçularda aid edilməyə başlandı. 2001-ci ildən başlayaraq isə mükafatın yeni qalibi əvvəlki qaliblər tərəfindən seçilir.
İtaliyada ilin ən yaxşı müdafiəçisi
Seria A İlin ən yaxşı müdafiəçisi (İtalyanca: Migliore difensore) mükafatı "İtaliya Futbol Assossasiyası" tərəfindən A Seriyasında çıxış etmiş ən yaxşı müdafiyəçiyə təqdim edilirdi. Belə ki, hər il baş tutan Oskar del Kalço mükafatlandırma gecəsində 2000-2010-cu illər aralığında bu müfakatda sahibinə təqdim edilirdi. 2011-ci ildən başlayaraq isə ən yaxşı müdafiyəçinin adı "Seriya A-da ilin ən yaxşı komandası"nın bir hissəsi kimi təqdim edilməyə başladı.
Ən yaxşı təklif (film, 2013)
Ən yaxşı təklif (it. La migliore offerta, ing. The Best Offer) — 2013-cü il İtaliya istehsalı olan psixoloji triller filmi. Cüzeppe Tornatorenin rejissorluğu və ssenarisi ilə çəkilib. Filmin musiqisi Ennio Morrikone tərəfindən bəstələnib. Film incəsənət üzrə mütəxəssis Vircil Oldman haqqındadır. Film məşhur xərrac evinin yaşlı, zəngin və hörmətli, həm də soyuq təbiətli müdiri Vircil Oldmanın həyatında baş verən hadisələrdən bəhs edir. Oldman sirli gənc varis Klar İbbetson tərəfindən valideynlərindən miras qalmış geniş antik sənət kolleksiyasını açıq xərracda satmaq üçün işə alınır. Klar hər dəfə şəxsən görüşməyi rədd edir, şiddətli aqrofobiadan əziyyət çəkir və otağından heç vaxt çıxmır. Klar OKB-dən əziyyət çəksə də, axırda Oldmana inanmağa qərar verir.
Ağ düz
Ağdüz və ya Ağduz;
Düz Bilici
Düz Bilici — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsi vaxtilə Quba xanı Fətəli xanın Qarabağdan köçürüb gətirdiyi kəngərlilərin bilici tayfasının məskunlaşdığı kəndlərdəndir. Kənd düzənlik sahədə yerləşdiyindən və eyniadlı digər kənd (Dağ Bilici) adından fərqləndirmək üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Dəvəçi çayının sahilində, Yan silsiləsinin (Böyük Qafqaz) ətəyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 270 nəfər təşkil edir.
Düz Cırdaxan
Düz Cırdaxan — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Düz Cırdaxan kənd inzibati ərazi dairəsi tərkibindəki Düz Cırdaxan kəndinin ərazisindən 28,5 ha (bundan dövlət mülkiyyətində olan 0,53 ha, bələdiyyə mülkiyyətində olan 5,94 ha və xüsusi mülkiyyətdə olan 22,03 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Rayonun ərazisində Cırdaxan adlı iki kəndi fərqləndirmək üçün Əsrikçayın sahilindəki kənd Əsrik Cırdaxan, düzənlikdəki kənd isə Düz Cırdaxan adlandırılmışdır. Kəndin tarixi monqollar dövrünə gedib çıxır. Cənubi Qafqaz ərazisi 110 noyon arasında bölüsdürüləndə Şəmkir Mular noyona, Tovuzun bəzi hissələri isə Cırda xana düşmüşdür. Sonralar isə kənd elə Cırdaxan deyə adlandırılıb. Bir neçə kəndin adı Cırdaxan olduğundan kəndin adı Düz Cırdaxan olaraq dəyisdirilib. Çünki yollar buradan düz keçirmiş. == Tarixi == Kəndin tarixi monqollar dövrünə gedib çıxır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Düz Qıraqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Düz Qırıqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Düz Rəsullu
Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd. Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan kəndlәri daxildir. Düz Rəsullu Gədəbəyin mәrkәzindәn 43 km şimal-qərbindә, Murğuz dağ silsilәsinin şimali.Şərq әtәyindәdir. Әhalisi 2011-ci il məlumatlna görə 509 nəfərdir. Kənd sakinləri heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Kənddə tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var. == Tarixi == Düz Rəsullu kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə Düz Rəsullu kəndinin 300 ildən çox qədim tarixi var. Kəndin əsasını Qazax rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş Rəsul adlı şəxs salıb. Rəsulun nəsil ardıcdlığı üzrə-ata, oğul, nəvə, nəticə, kötükcə, ötüycə, itiycə sistemi üzrə 15 nəfərdən çox nəsl davamçıları bu kənddə doğulmuşdur.
Düz ağəsmə
Düz ağəsmə (lat. Clematis recta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Düz bağırsaq
Düz bağırsaq (lat. rectum; yun. proktos) — yoğun bağırsağın axırıncı hissəsini təşkil edərək lat. articulatio sacroiliaca sinistra — sol oma-qalça oynağı bərabərində S-ə bənzər bağırsaqdan başlayır və aralıqda lat. anus adlanan dəlik vasitəsilə xaricə açılır. Bu dəlik olan hissə 2,5–3 sm uzunluğunda, dairəsi isə 5–9 sm olub və anus kanalı — lat. canalis analis adlanır. Düz bağırsağın uzunluğu 15–20 sm olub kiçik çanaqda omanın ön səthində, kişilərdə sidikliyin, toxum kisəciyinin və prostat vəzinin arxasında və qadınlarda isə uşaqlıq ilə uşaqlıq yolunun arxasında yerləşmişdir. Düz bağırsaq sagital istiqamətdə iki: çıxıq tərəfi arxaya baxan oma əyriliyinə — lat. flexura sacralis, önə baxan aralıq əyriliyinə — lat.
Düz bucaq
Düz bucaq — dərəcə ölçüsü 90°, yaxud π / 2 {\displaystyle \pi /2} radian olan bucağa deyilir. Düz bucağın müxtəlif vahidlərdə ölçüsü: 90° π / 2 {\displaystyle \pi /2} radian 100 qrad 1/4 dövrə və ya tam bucaq 5400 bucaq dəqiqəsi 324000 bucaq saniyəsi Bir və ya bir neçə bucağı düz olan həndəsi fiqurlar: Düzbucaqlı üçbucaq — bir bucağı düz bucaq olan üçbucaq. Düzbucaqlı — bütün bucaqları düz bucaq olan paraleloqram. Kvadrat — bütün tərəfləri bərabər olan düzbucaqlı və ya bütün bucaqları düz bucaq olan romb. Düzbucaqlı trapesiya — bir bucağı düz bucaq olan trapesiya.
Düz mühərrik
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Düz papaq
Düz papaq (ing. Flat cap) — qarşısında kiçik sərt kənarlı yuvarlaq papaq. Papaq Şotlandiyada bannet (ing. bunnet), Uelsdə day kep (ing. Dai cap), İrlandiyada paddi kep (ing. paddy cap), Yeni Zelandiyada çiz-katter (ing. cheese-cutter, ABŞ-də drayvinq kep (ing. driving cap) və Rusiyada kepka (rus. кепка) kimi tanınır. Papaq adətən pambıq, yun və tviddən hazırlanır.
Düz radiasiya
== Radiasiya == Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. == Düz radiasiya == Düz radiasiya paralel şüa toplusu şəklində günəş diskindən birbaşa yer səthinə daxil olan radiasiyaya deyilir.
Düz xətt
Düz xətt — həndəsənin əsas elementlərindən biridir. Həndəsənin sistematik təsviri zamanı düz xətt yalnız birbaşa olmayan şəkildə aksiomalarla təsbit edilir. Düz xəttin aşağıdakı xassələri vardır: İki üst-üstə düşməyən nöqtədən yalnız bir düz xətt keçirmək olar. Müstəvi üzərində üst-üstə düşməyən iki düz xətt ya bir nöqtədə kəsişir, ya da paraleldir. Üçölçülü fəzada iki düz xəttin qarşılıqlı vəziyyətini təsvir etmək üçün 4 variant mövcuddur: düz xətlər paraleldirlər; düz xətlər kəsişirlər; düz xətlər perpendikulyardırlar; düz xətlər çarpazdır; Dekart koordinat sistemində düz xətti birdərcəli tənliklə ifadə etmək olur. == Kəsişən düz xətlər == Müstəvi üzərində iki müxtəlif düz xəttin bir ortaq nöqtəsi olarsa, onda deyirlər ki, bu düz xətlər kəsişir. == Paralel düz xətlər == Bir müstəvi üzərində üst-üstə düşməyən və kəsişməyən düz xətlər paralel düz xətlər adlanır. == Çarpaz düz xətlər == Fəzada paralel olmayan və kəsişməyən iki düz xətt çarpaz düz xətlər adlanır. == Düz xətt tənlikləri == === Düz xəttin bucaq əmsalı tənliyi === OX oxuna perpendikulyar olmayan hər hansı düz xəttin verilməsini fərz edək. Bu düz xəttin absis oxu ilə əmələ gətirdiyi bucaq φ, ordinat oxundan ayırdığı parça O B = b {\displaystyle OB=b} olsun.
Düz çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.